Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sentyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işlərinə başlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Məlumata görə, təmir işləri yalnız gecə saatlarında icra olunacaq. Təmir işlərinin həftəsonuna qədər, yəni sentyabrın 18-də, yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd olunan müddət ərzində ərazidə yalnız qismən məhdudlaşdırma tətbiq olunacaq.