20 Sentyabr 2022 15:27
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rezidenturaya boş qalan plan yerlərinə, eləcə də Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.

Bu barədə Teleqraf.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, nəticələrə əsasən 36 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələrini elan edib.

Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Boş qalan 38 plan yeri (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri daxil olmaqla) üzrə 73 namizəd müsabiqədə iştirak edib. Onlardan 36 nəfər rezidenturaya qəbul olub.

Rezidenturaya qəbul olmuş namizədlər 21 sentyabr saat 14:00-dan 26 sentyabr 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətə qədər portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır.

İXTİSAS KODLARI VƏ MÜSABİQƏ NƏTİCƏLƏRİNƏ GÖRƏ ALINMIŞ UYĞUN KEÇİD BALLARI
Azərbaycan Tibb Universiteti
311114 Anesteziologiya- reanimatologiya 53
311122 Ümumi cərrahiyyə 53
311244 Psixiatriya 53
311252 Nevrologiya 54
311325 Dermatovenerologiya 57
311366 Narkologiya 53
311439 Ailə təbabəti 53
Azərbaycan Tibb Universiteti
(Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemi üçün)
358111 Anesteziologiya- reanimatologiya 54
358128 Ümumi cərrahiyyə 56
358136 Neyrocərrahiyyə 60
358144 Ürək- damar cərrahiyyəsi 60
358152 Travmatologiya- ortopediya 59
358169 Oftalmologiya 64
358177 Psixiatriya 50
358185 Daxili xəstəliklər 53
358193 Dermatovenerologiya 62
358217 Şüa diaqnostikası 65
358225 Yoluxucu xəstəliklər 53
358233 Sosial gigiyena və səhiyyənin təşkili -
358241 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza 50
Naxçıvan Dövlət Universiteti
361173 Psixiatriya 51
361221 Nefrologiya 52
361287 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza 50
361376 Laboratoriya işi 61

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər