Neft-qaz sektorunda kibertəhdidlər kifayət qədərdir. Bu sahədə rəqəmsal vasitələrin tətbiq olunması bizim işimizi asanlaşdırsa da, ciddi kibertəhlükəsizlik vasitələrinin tətbiqini vacib edir.
Teleqraf.com verir ki, bunu BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Beynəlxalq Kibertəhlükəsizlik Konfrasında deyib.
Onun sözlərinə görə, şirkətin işçiləri il ərzində bir dəfə kibertəhlükəsizlik testindən keçirlər:
"Bu test ümumi bala, bonus sisteminə və başqa məsələlərə təsir edir. BP-də əsas diqqət edilən məsələlərdən biri də "fishing mail"lərdir. İl ərzində kənardan şirkətə 600 "fishing mail" daxil olur. Həmçinin şirkətin daxilində işçilərin sayıqlığını yoxlamaq üçün onlara "fishing mail"lər göndərilir".