21 Sentyabr 2022 11:11
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas Həyat Bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində ilk təlim təşkil olunub.

İlk təlim günündə fasilitator Elmar Rzalının təqdimatında iki mövzu keçirilib. Təlimin ilk mövzusu “Stresin idarə olunması” olub. Bu mövzu daxilində iştirakçılar stresin tərifini verməyə çalışıblar, həmçinin stres yaradan səbəbləri müzakirə ediblər. Nəfəsalma texnikası, diqqətlilik, bir dəfəyə bir iş görmə kimi metodlarla stresin azaldılması yollarını öyrəniblər. 20 nəfərin iştirak etdiyi təlimin ikinci mövzusu isə "Emosional tənzimləmə” olub. Bu mövzu daxilində iştirakçılar müxtəlif emosiyaların qeyri-verbal ifadəsini təsvir ediblər, həmçinin arzuolunan və arzuolunmaz hissləri fərqləndiriblər. Nə dərəcədə stresli olduqlarını və stresin nəyə bənzədiyini, hansı hisslər yaratdığını ifadə etməyi öyrəniblər. Gənclər sonda çətin emosiyaların öhdəsindən gəlməyin xüsusi üsullarına dair beyin həmləsi həyata keçiriblər.

Qeyd edək ki, layihənin müddəti iki aydır, 01 sentyabr tarixindən start götürüb və 01 noyabr 2022-ci il tarixdə yekunlaşacaqdır. Layihə müddətində ümumilikdə 10 təlimin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, layihədə tərəfdaş qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi çıxış edir.

Növbəti təlim 23 sentyabr tarixində Qazax Gənclər Evində təşkil olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər