24 Sentyabr 18:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son gündə koronavirus əleyhinə 885 vaksin vurulub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 245, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 422, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 66 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 885 828 təşkil edir


Müəllif: Teleqraf.com