26 Sentyabr 2022 16:05
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Lənkəran şəhərində birgə taktiki-xüsusi təlim keçirib. Təlimdə FHN-in Baş əməliyyat idarəsi, Cənub Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 12 şəhər və rayon bölmələrinin rəhbərləri və könüllüləri iştirak ediblər.

Teleqraf.com xəbər verir ki, “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi (TMİQ) çərcivəsində Fövqəladə Hallar Nazirliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında imzalanmış Əməkdaşlıq Memorandumu əsasında təşkil olunan təlim-məşqin keçirilməsində əsas məqsəd təbii fəlakətlər zamanı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, təlim iştirakçılarının fövqəladə hallarla mübarizə üzrə bilik və bacarıqlarının daha da artırılması olub.

Təlimin nəzəri hissəsində dəyirmi masa ətrafında təlim haqqında ətraflı məlumat verilib, təlimin ssenarisi müzakirə edilib.

Təlimin praktiki hissəsində şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış əməliyyat şəraitinin qiymətləndirilməsi, yanğının söndürülməsi, qurumların qarşılıqlı səyi ilə təhlükəli ərazilərdən insanların təxliyəsi, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi, yaralılara xəstəxanayaqədərki ilk yardımın və stress yaşayan insanlara ilk psixoloji dəstəyin göstərilməsi üzrə əməliyyatlar uğurla icra edilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər