“Bələdiyyə orqanlarının 2006-2007-ci illərdə verdiyi torpaqların sənədləri haqqında müzakirə aparılmalı, bu məsələ öz həllini tapmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bələdiyyələr bu müddətdə iş adamlarına, vətəndaşlara icarəyə görə qəbzlər verib:
“Amma digər dövlət qurumları, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu qəbzləri qəbul etmir, onları kağız parçası hesab edir. Əgər bələdiyyələrin verdiyi sənədlər tanınmırsa, bu qurumun ləğvini ortaya çıxır. Cənab sədr, sizdən xahiş edirəm ki, bununla bağlı ehtiyac varsa qanunlara dəyişiklik edilsin. Bu, gündəmdə olan məsələdir”.