30 Sentyabr 2022 16:33
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əlahiddə kateqoriyada xidmət göstərənlərin pensiya sistemi ilə bağlı ayrı qanunvericilik olmalıdır. Hərbçilərin pensiyası ilə bağlı asan şəkildə başa düşülən ayrı qanun layihəsi qəbul edilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, həmin kateqoriyaya aid olanlar əmək fəaliyyəti ilə yox, ən vacib məsələ olan döyüş funksiyasını yerinə yetirirlər:

“Hərbi sistem qapalıdır deyə bu sahəyə çox da diqqət yetirilmir. Lakin qapalı sistemdə digər sistemlərdən fərqli olaraq cinayətlər baş verir. Müdafiə Nazirliyinin vəzifəli şəxsinin sonuncu 8 milyonluq mənimsəmə faktı şəhidlərimizin, eləcə də “Tərtər hadisələri”ndə işgəncə görərərək ölənlərin qan puludur. Müdafiə Nazirliyində ən ciddi xəyanətkarlar vaxtilə oradan uzaqlaşdırıldı. Necə olur ki, yenə də yeyintilər davam edir. Hərbçilərin pensiya məsələsi əvvəl ayrı qanun şəklində var idi, lakin sonradan birləşdirildi.

Hesab edirəm ki, bu məsələyə bir də baxılmalıdır. Nə zaman ki, müharibə tam bitər və sərhədlərin tam təhlükəsizliyi təmin olunacaq onda yenə birləşdirilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər