Elm və təhsil naziri Emin Əmrullayevin adından 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə 150 mindən çox müəllimin telefonuna təbrik mesajı göndərilib.
Teleqraf.com təbrik mesajını təqdim edir:
"Dəyərli Azərbaycan müəllimi!
Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.
Beynəlxalq Müəllimlər Gününüz mübarək!".