7 Oktyabr 2022 14:05
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türk Ağsaqqallar Birliyinin (TAİB) ofisində təşkilatın həmsədri, tanınmış diplomat Hulusi Kılıçın sədrliyi ilə iclas keçirilib.

Teleqraf.com xəbər verir ki, türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın incisi olan Şuşa səfərindən qayıdan həmsədr iclas iştirakçıları ilə təəssüratlarını bölüşüb.

Tanınmış diplomatın gəlişindən məmnunluqlarını ifadə edən iclas iştirakçıları çıxışlarında Türkiyə-Azərbaycan dostluğunun dərinləşməsindən söz açıb və türk xalqlarının birliyinin möhkəmlənməsi üçün təşkilatın bütün işlərində fəal olacaqlarını vurğulayıblar.

Qeyd olunub ki, təşkilatın ümumtürk konteksində inkişafı üçün Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası ilə əməkdaşlıq etmək məcələsi gündəmdə olmalıdır.

Hulusi Kılıç bildirib ki, təşkilatın hədəfləri böyükdür və təmsil etdiyi birlik bundan sonra da türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsinə dəstək verən daha genişmiqyaslı layihələr həyata keçirəcək.

"Bu önəmli birliyi yaradan və əməyi keçən, ayrıca məni Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri seçən hər bir kəsə təşəkkür edirəm. Ömrümün sonuna qədər millətimə xidmət etməyə qərarlıyam. Bundan sonra Türk Ağsaqqalları Birliyinə daha çox vaxt ayıracam. Bu müqəddəs yola çıxdıq. Yolumuz açıq olsun. Mİllətimizə xidmət etmək şərəfdir.”, - deyən tanınmış diplomata həmsədrliyini təsdiq edən vəsiqə təqdim olunub.

Həmsədr sonda 44 günlük Vətən Müharibəsinə həsr etdiyi kitabını gənclərə hədiyyə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər