18 Oktyabr 2022 11:10
228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci və ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın dinc sakinləri öldürülüb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bügünkü iclasında spiker Sahibə Qafarova deyib.

O qeyd edib ki, 2020-ci ilin oktyabrın 17-də müharibə meydanından kənarda olan Gəncə şəhəri ballistik raketlərdən atəşə tutulub:

“Ermənistanın dövlət terrorizmi nəticəsində çox sayda mülki insan ölüb. Gəncəyə 5 raket hücumu olub. Dünən Gəncədə anım mərasimləri, beynəlxalq konfrans keçirilib”.

“Biz terrorizm nəticəsində dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, - Sahibə Qafarova bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər