Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə bu gün “Sərsəngə yürüş” adı altında Sərsəng su anbarından ən çox əziyyət çəkən Tərtər rayonuna səfər təşkil edilib.
Teleqraf.com-un məlumatına görə, səfərin əsas məqsədi su anbarının dağılması nəticəsində baş verə biləcək humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusları və ictimaiyyəti məlumatlandırmaqdır. Yürüş zamanı iştirakçıların Tərtər rayon icra hakimiyyətinin rəhbərliyi ilə görüşü də nəzərdə tutulub.
Qeyd edək ki, səfərdə Sudan, İordaniya, İranın ölkəmizdəki səfirliklərinin, AVCİYA və KİV nümayəndələri iştirak edir.
BƏXTİYAR