21 Oktyabr 2022 11:42
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Seçilmiş olduğum 77 saylı Astara seçki dairəsindən olan seçicilərimin bəzi fikirlərini səsləndirmək və aidiyyəti qurumların diqqətini bu məsələyə çəkmək istərdim”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Rəşad Mahmudov deyib.

O bildirib ki, Astara şəhərində 2016-cı ildən başlanan su və kanalizasiya sisteminin çəkilməsi hələ də başa çatmayıb:

“Astaranın dəniz kənarında yerləşməsi, habelə dəniz səviyyəsindən aşağıda qərarlaşması qurunt sularının üzə çıxması və epidemioloji vəziyyətin bərbad duruma düşməsinə səbəb olur. Aydındır ki, dəniz sahilində olan bölgələrdə suyun çirklənməsi ehtimalı var və bunun gələcəkdə regionun inkişafına, eləcə də insan sağlamlığda mənfi təsirləri olacaq”.

Deputat qeyd edib ki, büdcə müzakirələri başlamadan bu məsələni qaldırmaqla aidiyyəti qurumların diqqətini problemə çəkmək və işi tamamlamaq üçün imkan daxilində dəstək verilməsi məqsədi güdür.


Müəllif: Nemət

Oxşar xəbərlər