"Mən təklif edirəm ki, hazırda Ağcəbədidə yerləşən Qarabağ bölməmiz Şuşada fəaliyyət göstərsin. Təbii ki, bu Şuşada infrastruktur tam şəkildə qurulandan sonra mümkün ola bilər".
Teleqraf.com xəbər verir ki, belə bir təkliflə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Elçin Hüseynbəyli çıxış edib.
AYB -nin katibi ikinci təklifini də Yazıçılar Birliyinin 13-cü qurultayında səsləndirib:
"Digər təklifim odur ki, Şərqi Zəngəzur iqtisadi zonasında da Azərbaycan Yazıçılar Birliyinin bölməsi yaradılsın. Hazırda buna ehtiyac var. Daha doğrusu, hazırda Qubadlı Regional Bölməmiz var. Amma gələcəkdə bunu Şərqi Zəngəzur bölməsinə çevirmək olar".