Xərçəng xəstələrinin gimnastika ilə məşğul olması məsləhət görülür. Həyata keçirilən araşdırmaya görə, xərçəngin daha çox yayılmasının qarşısını alır.
Amma bu nəticəyə baxmayaraq, araşdırmaya qatılan bir çox xəstənin bədən formasını qorumaq üçün gimnastika ilə məşğul olmağa həvəssiz olduğu görünüb. Minnesotada yerləşən “Mayo Klinika”da aparılan araşdırmada xərçəng xəstələrinin gimnastika vərdişləri araşdırılıb.
Teleqraf.com-un məlumatına görə, araşdırmaya rəhbərlik edən Doktor Andrea Çeville deyib ki, həkim olaraq xəstələrə bu gimnastikanın faydalarını başa salsa da, onların bu barədə biliklərinin nə dərəcədə olmasından xəbərsizdir.
Doktor Çevillenin bildirdiyinə görə, bir çox xəstənin passiv həyat tərzi xərçəng simptomlarının daha yavaş ortaya çıxmasına səbəb olur və bu da diaqnozu gecikdirir.