1 Noyabr 2022 14:07
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda uşağın anadan olması və dəfn üçün verilən müavinətlərin məbləğinin artırılması təklif edilir.

Teleqraf.com-un xəbərinə görə, bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

Qeyd edilib ki, Hesablama Palatası rəyində əvvəlki illərin icra göstəricilərinin təhlilinə əsaslanaraq növbəti ildə müavinət məbləğlərində dəyişiklik edilməyəcəyi halda uşağın anadan olmasına və 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar, eləcə də dəfn üçün müavinətlər üzrə nəzərdə tutulmuş vəsaitin məbləğinə yenidən baxılmasını tövsiyə edib.

Xatırladaq ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanına dəyişiklik edilməsi barədə” 2021-ci il 20 dekabr tarixli 1496 nömrəli Fərmanına əsasən uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği cari ilin 1 yanvar tarixindən 50% artırılaraq 300 manata çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər