2 Noyabr 2022 18:56
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də bəzi internet kanallarında ehtiyatda olan hərbi qulluqçu Səbuhi Abdullayev Azərbaycanın Hərbi Hava Qüvvələri (HHQ) və onun müvafiq silah-sursat sistemlərini modernləşdirməsi layihələri haqqında həqiqətə uyğun olmayan və peşəkarlıqdan tamamilə kənar fikirlər səsləndirmişdir.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.

“Bu şəxsin Hərbi Hava Qüvvələrimiz (HHQ) haqqında səsləndirdiyi fikirlər tam əsassızdır, yalan və iftiradan başqa bir şey deyildir. Onun bu fikirlərini təxribat və qəsdən Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək cəhdləri kimi qiymətləndiririk. Səbuhi Abdullayevin həqiqəti əks etdirməyən və məsuliyyətsiz ittihamları ilə bağlı HHQ-nin komandanlığı onun barəsində məhkəmə-hüquq müstəvisində müvafiq tədbirlər görəcəkdir”, - qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər