Bu ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycanda 14544 təbii və texnogen mənşəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 1313 hadisə və ya 10% çoxdur.
Baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 262 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 90 nəfər xilas edilib, 1033 nəfər təxliyə olunub.