“Mən təklif edirəm ki, şəhid ailəsi üzvləri dövlət qulluğu imtahanından azad edilsin”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Elşən Musayev deyib.
O qeyd edib ki, bununla bağlı deputatlara çoxlu müraciətlər edilir: “Biz, belə müraciətlərin qarşısında aciz qalırıq. Onlar işə qəbulla bağlı imtahan verməsinlər. Çünki ən böyük imtahanı onların ailə üzvləri veriblər”.