Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət edib.
DİN-dən Teleqraf.com-a verilən məlumatda bildirilib ki, elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm qələbə bayramını xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcək.
Bununla yanaşı vətəndaşlar üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.