“Ölkə əhalisinin icbari tibbi sığorta xidmətləri ilə bağlı məmnunluğu günbəgün artsa da, bu sahədə hələ də xeyli problemlər var”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov qanunverici orqanın İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 10-da keçirilən birgə iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, ötən il büdcə müzakirələrində xəstəxanalarda tibbi avadanlıqların yararsız hala düşməsi ilə bağlı məsələ qaldırmışdı: “Çünki bir neçə xəstəxanada həmin avadanlıqlar müddətini demək olar başa vurub. Sevindirici haldır ki, artıq bu istiqamətdə uğurlu addımlar atılır və əminəm ki, bu sahədəki işlər bundan sonra da davam edəcək”.