17 Noyabr 2022 12:38
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni qazandığımız və hələ delimitasiya edilməyən sərhədlərdə hərbi mövqe tutan zabit və əsgərlərin ödənişləri indiki kimi 20 faiz deyil, 50 faizə qədər artırılsın”.

Teleqraf.com xəbər verir ki, belə bir təkliflə deputat Zahid Oruc Milli Məclisin iclasında çıxış edib.

“Gələn ilin büdcə layihəsi Vətən müharibəsində qələbəmizi möhkəmləndirir, Murovdan Arazadək 400 km-dən artıq, o cümlədən, İranla 132 km-lik sərhəddə güclü hərbi müdafiə sistemi qurmağa, o cümlədən gələn ilin müharibə provokasiyalarına qarşı ordunu gücləndirməyə imkan verir.

Təklif edirik ki, yeni qazandığımız və hələ delimitasiya edilməyən sərhədlərdə hərbi mövqe tutan zabit və əsgərlərin ödənişləri indiki kimi 20 faiz deyil, 50 faizə qədər artırılsın. Bundan ötrü 100 milyonlara ehtiyac yoxdur, lakin nəticə təhlükəsizliyimiz üçün önəmlidir”, - deyə deputat qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər