29 Noyabr 2022 15:49
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üç komitə bu istiqamətdə çalışmalara başlamışdı. Bu, təkcə onların birlikdə nail olduğu məsələ deyil. Milli Məclis sədrinin nəzarəti ilə buna nail olduq”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun fikrincə, 2020-ci ilin 10 noyabrdan sonrakı dövr yeni baxışlar yaratdı:

“Bu həm də siyasi partiyalarla bağlı da özünü göstərməli idi. Ölkədə siyasi mədəniyyətin formalaşması vacib idi. Artıq zamanın şərtləri dəyişib. NATO-ya inteqrasiya və başqa məsələlər var idi ki, mən indi bunun tərəfdarı deyiləm. Azərbaycanın indiki durumunun fərqli olduğunun qənaətindəyəm. Azərbaycanda partiya qorxusu sindromu aradan qaldırıldı. Dövlət başçısı göstərdi ki, bu sindromu aradan qaldırmaq lazımdır. Amma bəzi müddəalar var ki, müzakirələr zamanı dəyişdi. Təbii ki, heç bir qanun mükəmməl deyil. Qanunda göstərilir ki, partiyaların xalqın adından çıxış etmək hüququ yoxdur. Bunun cəzası nədir? Məsələn mən xalqın adından deyə bilərəm ki, Azərbaycan xalqı Fransa senatının qərarını lənətləyir. Onda mənim cəzam nə olacaq? Məncə, bu tipli müddəalarla qanunu məhdudlaşdırmaq olmaz”.


Müəllif: Nemət

Oxşar xəbərlər