2 Dekabr 2022 12:49
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Laçın dəhlizində öz postunu yaratmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında deputatı Fəzail Ağamalı təklif edib.

Onun fikrincə, Qarabağda bu gün fəaliyyət göstərən sülhməramlı qüvvələr, onun komandanı elə bir cəsarət sahibi deyil ki, özbaşına hərəkət etsin: “O, bütün təlimatları Rusiyanın hərbi-siyasi rəhbərliyindən alır. Azərbaycanın təbii sərvətləri daşınır, onun əvəzində isə Azərbaycana silahlar gəlir. Bunu edənlər kimdir? Erməni speratçıları, erməni faşistləri. Bunu himayə edənlər kimlərdir? Azərbaycanın ərazisində müvəqqəti fəaliyyət göstərən sülhməramlı qüvvələr var”.

Deputat əlavə edib ki, heç bir tərəddüd etmədən Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq.


Müəllif: Nemət

Oxşar xəbərlər