2 Dekabr 2022 13:03
232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qar örtüyünün hündürlüyü Altıağacda 7 sm, Qaxda 1 sm olub.

Teleqraf.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı: Lerik, Şamaxı, Ağdam, Göygöl, Lənkəran, Göytəpə, Ağdərə (Ordubad), Şəmkir, Qəbələ, Şabran, Beyləqan, Cəfərxan, Astara, Qobustan, Yardımlı, Altıağac, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Tovuz, Oğuz, Zaqatala, Şəki, Qax, Ağsu, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabadda 5.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Pirallahıda 10.0 mm, Maştağa, Binədə 8.0 mm, Bakıda 7.0 mm, Sumqayıtda 5.0 mm-dək olub.

Bu gün ölkə ərazisində səhər saatlarından başlayaraq yağıntılar kəsilib.


Müəllif: Teleqraf.com