6 Dekabr 2022 16:31
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Olimpiya Mədəniyyəti Festivalı" keçirilib.

Teleqraf.com xəbər verir ki, Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş festivala bir neçə orta məktəb qoşulub.
Pavilyonda 9 məktəb 9 ölkəni təmsil edərək, onların mədəniyyətini, mətbəxini və adət-ənənələrini tanıdıb. Bakı şəhər 286 nömrəli məktəb Polşanı, 162 nömrəli məktəb Yunanıstanı, 238 nömrəli məktəb Gürcüstanı, 229 nömrəli məktəb Slovakiyanı, 158 nömrəli məktəb İtaliyanı, İlyas Əfəndiyev adına Elitar Gimnaziya Türkiyəni, Bakı Avropa liseyi Yaponiyanı, 171 nömrəli məktəb Sloveniyanı, Bülbül adına orta ixtisas musiqi məktəbi İspaniyanı təmsil edib.

Şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin şagirdləri OSEP pavilyonunda Yunanıstanı təmsil edərək tədbir iştirakçılarını Yunanıstanın mədəniyyəti, mətbəxi və adət-ənənələri ilə tanış ediblər. Bundan başqa sözügedən layihə çərçivəsində dekabrın 2-də 162 nömrəli tam orta məktəbdə Yunanıstana həsr edilmiş açıq dərs keçirilib. Şagirdlər Yunanıstanın tarixi, alimləri, mədəniyyəti ilə bağlı məlumat slaydları nümayiş etdirib, fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, OCEP layihəsi ölkə üzrə davam etməkdədir. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu və Avropa Olimpiya Komitəsinin dəstəyi ilə gerçəkləşən layihə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər