29 Dekabr 2022 18:07
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə vəkilləri tərəfindən verilən vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baş tutan iclasda qərar elab olunub.

Qərara görə, vəsasət təmin olunmayıb.

Xatırladaq ki, dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər