Dekabrın 20-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Hacıqabulda Şirvan, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək. Teleqraf.com-un məlumatına görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Hacıqabul şəhər 10 nömrəli məktəbdə keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı, nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Aran regional bölməsi vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
Naibə QURBANOVA