Türkiyə azərbaycanlı ekofəalların Laçın yolundakı aksiyalarını dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasında jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Deputat söyləyib ki, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə - Azərbaycan əlaqələri yeni müstəviyə qədəm qoydu:
"Əlaqələrimiz bundan sonra da inkişaf edəcək".
"Biz həmişə olduğu kimi indi də Azərbaycanın yanındayıq. Bilirik ki, bu aksiyalar haqlıdır. Azərbaycan Xankəndi, Xocalıda da tam suverenliyini bərpa edəcək. Biz buna inanırıq", - o, vurğulayıb.
Parlamentari, həmçinin media nümayəndələrinə də təşəkkür edib:
"Azərbaycan və Türkiyədən olan jurnalistlər İkinci Qarabağ müharibəsi dövründə haqlı səsimizin dünyaya çatdırılmasında mühüm rol oynadılar. Onlar Azərbaycana olan raket hücumları barədə beynəlxalq ictimaiyyətə operativ məlumat verdilər".