25 Dekabr 2014 11:52
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 25-də gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının inzibati binasında Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinlərini qəbul edib.

Teleqraf.com-un məlumatına görə, nazir Azad Rəhimova qəbul zamanı 30-a yaxın vətəndaş gənclər, idman və digər mövzularla bağlı müraciət edib.

Gənclər sahəsində edilən müraciətlər sırasında QHT –in yaradılması üçün nazirlik tərəfindən dəstək verilməsi, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin lazımi avadanlıqlarla təmin edilməsi, məktəblərdə hərbi hazırlıq otaqlarının, “Şahin”, “Cəsurlar” hərbi idman oyunlarının keçirilməsi üçün bazanın yaradılması, yeni Gənclər Mərkəzlərinin açılması, Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb edilməsi və s mövzular olub.

İdman sahəsində edilən müraciətlər sırasında Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təmin edilməsi, yeni Olimpiya İdman Komplekslərinin tikilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakı və digərləri olub.

Müraciətlər sırasında eyni zamanda ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər də yer alıb.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər