24 Fevral 2023 11:33
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda daimi qeydiyyatı olmayanlara deyirlər ki, qohumlarınızın evində qeydiyyata düşün.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

Fazil Mustafa vurğulayıb ki, sənədsiz evlərdə, gecəqondularda yaşayan çox sayda insan var:

“Biz qeydiyyat, bölgəyə insanların qayıdışı məsələlərini nəzərdən keçirməliyik. Vətəndaşı necə çölə ata bilərsən ki, get, Bakıda yaşamaq hüququnu rəsmiləşdir. Heç olmasa, qohumlarının evində müvəqqəti qeydiyyat və başqa yollarla bu məsələnin həllinə nail olmaq lazımdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər