25 Fevral 2023 09:40
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial şəbəkə üzərindən kimisə təhqir etmək məhkəmə orqanlarının predmetidir. Bununla bağlı məhkəməyə müraciət etmək lazımdır”.

Bunu Teleqraf.com-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib. Onun sözlərinə görə, sözügedən məsələ ilə əlaqədar polisə müraciət effektiv nəticə vermir.

“Belə hallarda vətəndaşlar polisə deyil, məhkəməyə, prokurorluğa müraciət etməlidirlər. Polisə edilən müraciətlər əsasında polis inzibati xətalar məcəlləsinin 510-cu maddə əsas götürür. Həmin maddə xırda xuliqanlıq, ictimai qaydanın pozulması kimi qiymətləndirilir. Orda da maksimum məhkəmənin qərarı ilə həmin şəxs 15 sutka həbs olunur. Bu da xeyli yüngül cəzadır.

Cinayət Məcəlləsinin 148-ci maddəsindən çox vətəndaşların xəbəri yoxdur. Onlar bilmirlər ki, bu maddə üzrə məhkəməyə müraciət edib davamlı şəkildə işi qüvvədə saxlasalar şəxs barədə cinayət işi açılacaq. Bu prosesdə həmin şəxsi altı ay, bir il müddətinə azadlıqdan məhrumetmə gözləyir. Bu işdə düzgün instansiyaya müraciət etmək lazımdır”.


Müəllif: Nərmin

Oxşar xəbərlər