28 Fevral 2023 13:27
271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfərdə olan Meksika parlamentinin Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqasın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və digər rəsmi şəxslər müşayiət ediblər.


Müəllif: Nemət