Vətən müharibəsində şəhid olan 3 min şəxsin hər birinin ölüm kağızına mən qol çəkmişəm.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov bildirib.
Əli əsədov deyib ki, Prezident və Birinci vitse-prezident, dövlətimiz bu insanlara yüksək qayğı ilə yanaşır:
"Ev, maşın, varisləri ilə bağlı qayğılar, adlarının əbədiləşdirilməsi ilə əlaqədar addımlar atılır. Bir məqamı da deyim. Azərbaycanda 4500-ə yaxın məktəb var, 3600-ə qədərinə ad verilib. Bəzi hallarda şəhidlərimiz eyni məktəblərdə oxuyub. Hesab edirəm ki, ən azı məktəblərə şəhid adlarının verilə bilər. Küçələrə gəlincə, arxayınıqmı ki, o adları versək, şəhid ailələri onu qəbul edir? Bu məsələyə baxılır”.