18 Mart 2023 00:26
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 39 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 43 nəfər isə sağalıb. Xəstəlikdən 4 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 829 115 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 715 nəfər müalicə olunaraq sağalıb, hazırda 249 aktiv xəstə var. Bu günə qədər 10 151 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 820, bu günə qədər isə ümumilikdə 7 545 906 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 197 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 75, ikinci doza vaksinlərin sayı 33 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 73-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 16 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 952 477 olub


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər