İctima televiziyanın aparıcısı Vəkillər Kollegiyasına üzv seçilib.
Teleqraf.com-un xəbərinə görə, Toğrul Məmmədov vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçib və vəkil olub.
Toğrul Məmmədov bu gün keçirlən tədbirdə Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içib. Ona vəkil vəsiqəsi və ilk dəfə olaraq vəkil reyestrindən çıxarış təqdim edilib.
Qeyd edək ki, Toğrul Məmmədov bundan əvvəl ANS-də “Cinayət işi” verilişində, daha sonra İTV-də müxbir kimi çalışıb. O, son illər İTV-də yayımlanan “Qanundan kənar” və “Xəbərimiz var” verilişlərinin aparıcısıdır.
Xatırladaq ki, bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Bu gün andiçmə mərasimində 83 namizəd vəkil andı içərək Vəkillər Kollüegiyasının sıralarına qəbul olunub.
Andiçmə mərasimdə iştirak edənlərin 62 nəfəri kişi, 21 nəfəri isə qadındır.