30 Aprel 2023 00:34
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisdə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşü baş tutub.

Teleqraf.com xəbər verir ki, Tiflisdə təşkil olunan “Cənubi Qafqazda sülh və medianın rolu” adlı toplantı çərçivəsində reallaşan görüşdə Azərbaycanın Modern Media Qrupunun rəhbəri Elşad Eyvazlı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva, news.az portalının redaktoru Adnan Hüseyn, Azərtac-ın Gürcüstan üzrə müxbiri Xətayi Əzizov, İrəvanın “Armninform” agentliyinin direktoru Emmanuel Mkrtçyan, bu agentliyin şef redaktoru Zaruhi Qukasyan, “Arqumentı i Faktı” qəzetinin əməkdaşı Miranda Oganezova iştirak ediblər.

Görüşdə 44 günlük müharibədən sonra regionda yaranmış vəziyyət, iki ölkə arasında davamlı sülhə nail olmaq və uzunmüddətli sülh müqaviləsinin imzalanması istiqamətində jurnalistlərin rolu və digər məsələlər müzakirə olunub.

Tərəflər iki ölkə arasında davamlı sülhə nail olunması üçün səylərin artırılmasının, jurnalistlərin daha intensiv görüşlərinin təşkilinin, birgə mədəni tədbirlərin keçirilməsinin, eləcə də dezinformasiyalara qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyini qeyd ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər