Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə hərbi hissədə ulu öndər Heydər Əliyevin büstü və şəhidlər abidəsi ziyarət olunub, əklil və gül dəstələri qoyulub.
Sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının ildönümü münasibətilə Müdafiə nazirinin təbriki şəxsi heyətə çatdırılıb.
Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev çıxış edərək XTQ-nin yaranma tarixindən, keçdiyi döyüş yolundan və qarşıda duran vəzifələrdən danışıb. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlərin ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini xüsusi vurğulayıb.
Tədbir zamanı xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən xüsusi təyinatlılar “Fəxri Fərman”, qiymətli hədiyyə və “növbəti rütbə” ilə təltif olunublar.
Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının ildönümünə həsr olunan tədbir şəxsi heyətlə birlikdə tortun kəsilməsi ilə başa çatıb.