7 May 2023 17:20
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 44 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 962 579, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 966, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 374, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 057, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 182 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com