"Qarabağ və Şərqi Zəngəzurda “ASAN” xidmət mərkəzləri fəaliyyət göstərəcək”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib:
“Qarabağda ermənilərin törətdikləri vandalizm göz önündədir. Orada cənab prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi infrastruktur layihələri həyata keçirilir. Kəndlər, qəsəbələr, şəhərlər yenidən salınır. Tam infrastruktur problemi həll edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda “ASAN” xidmət mərkəzləri fəaliyyət göstərəcək".