12 May 2023 13:10
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Azərbaycanla Böyük Britaniya arasında beynəlxalq avtomobil daşımalarına dair sazişi ratifikasiya edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər