1 İyun 2023 12:55
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son illər Daxili İşlər Nazirliyin 102 "Qaynar xətt"inə müraciət edən azyaşlı uşaqların sayı çoxalıb".

Teleqraf.com xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev "Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları" adlı konfransda deyib.

Elşad Hacıyev bildirib ki, bu, sevindirici haldır: "Bu, o deməkdir ki, bizim uşaqlar da qanun pozuntularına reaksiyasız qalmırlar. Onlar bu prosesdə bizə dəstək olurlar. Bu gün təhlükəsizlik məsələsi hər birimizi maraqlandırmalıdır, hamımız ayıq-sayıq olmalıyıq".

Elşad Hacıyev qeyd edib ki, bu konfrans bizim gələcəyimizlə bağlıdır: "Cəmiyyətin, dövlətin maraqlarını özündə əks etdirir. On gündür ki, bu kampaniya davam edir. 500-dən artıq avtomobildə olan, eləcə də piyada uşaqlarla, onların valideynləri ilə birbaşa olaraq fərdi ünsiyyət formasında təbliğat işləri aparılıb. Biz o yerlərə diqqət yetiririk ki, orada qəza və təhlükə var".

O qeyd edib ki, cəmiyyəti qayğılandıran məsələ uşaqların gələcəyi, onların valideyninin təhlükəsizliyidir: "Uşaqlara səslənirəm, valideyniniz nəqliyyat vasitələrini qaydalara uyğun riayət edərsə, bir ömür boyu sizin yanınızda olacaq. Bunun üçün hər birimiz çalışmalıyıq. Respublikada uşaqlarla təkcə bu il 1000-ə yaxın görüş keçirilib. Bununla bağlı DİN-in uşaqlara yönəlik tədbirlər planı var. Bunlarım içərisində narkotiklə mübarizə, dini radikalizmə qarşı tədbirlər və yol nəqliyyat hadisələrinin önlənməsi məsələsi var. Bu il 20 minə yaxın valideynlə görüş keçirmişik. Çünki biz birgə mübarizə aparılmalıyıq"

DİN rəsmisi əlavə edib ki, nazirlik həm də sosial şəbəkələrlə ciddi iş aparır: "Bu işin mərkəzində vətəndaşların təhlükəsizliyi dayanır. Belə bir aksiom var: yaşamaq istəyirsənsə, məsuliyyətli olmalısan. Bütün hallarda biz birgə çalışmalıyıq. Çünki ölkəmizə qarşı təhdidlər var. Azərbaycan qalib ölkədir".

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, “Liatris Holding”, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və AVTO FM Radiosunun birgə dəstəyi və təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər