7 İyun 2023 12:40
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, Agentlik qısa müddətdə alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəlişi təmin edib.

Sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.


Müəllif: Teleqraf.com