Avropa Birliyi Azərbaycana qarşı yanaşmalarda diqqətli olmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Avropa Birliyindəki bürokratlar Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi yaşamalarına dəstək olmalıldır: "Amma bunun əksinə AB Azərbaycan qarşı reallıqdan uzaq yanaşmalar ortaya qoyur".
Deputat hesab edir ki, AB Azərbaycanın Qarabağda yaşayan ermənilərin reinteqrasiyası ilə bağlı atdığı addımlara gördüyü işlərə diqqətlə yanaşmalıdır.