“Görürən odur ki, hökumət bu məsələdə qərarlıdır. Bakıda olan taksilərin sayı tələb olunan normadan 4-5 dəfə çoxdur”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komissiyasının iclasında bildirib.
Deputat qeyd edib ki, ölkədə bir çox qlobal aqreqatorlar işləyir: “Ölkədə “Bolt” “Uber”, “Yango” və s. kimi bir çox beynəlxalq operatorlar fəaliyyət göstərir. Bu yaxınlarda isə “Uklon” adında yeni biri də bazara girib.
Yeni qanunvericilikdən sonra bu şirkətlər ölkədən çıxacaqmı? Bunlar hesablanıbmı? Bildiyimiz kimi, Türkiyədə belə operatorlar demək olar ki, fəaliyyət göstərmir”.