Nazirin açıqlaması qüsurlu idi. Nazir deyir ki, taksi əlçatan olmamalıdır: “Mən sual verirəm bəs əlçatan nə olmalıdır: Təyyarə də çox bahadır. Burada taksi şirkətlərinin xaricilərdən ibarət olması ilə bağlı fikirlər var. Özümüzünkülərə nə olub ki, xaricilərə pul verək?”
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Aqil Abbas deyib.
O qeyd edib ki, nazirin taksilərlə bağlı fikirlərinə görə qanun layihəsinə səs verməyəcəkdi:
"Amma Tahir Mirkişili qanun layihəsini çox mükəmməl təklif etdi. Ona görə də, belə qanuna səs verməmək olmaz".