21 İyun 2023 09:50
296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasına (MSK) barəsində məlumat təqdim edilməyən ianə üzrə bank əməliyyatı aparan siyasi partiyalar cərimələnəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə "Siyasi partiyalar haqqında" qanunda müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyasına barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər