Söyüdlü olayları istənilən cəmiyyətə xas ola bilən hadisədir.
Teleqraf.com xəbər verir ki, bunu bu gün Milli Məclisinin növbədənkənar sessiyasında deputat Elnur Allahverdiyev deyib.
O qeyd edib ki, Gədəbəyin Söyüdlü kəndində olan hadisələr hər bir cəmiyyət üçün xasdır: "Amma bu hadisələrdən heç kim öz çirkin məqsədləri üçün istifadə edə bilməz. Hadisə baş verəndə polisin həssas davranıb. Sözsüz ki, polisin emosional davranışına görə Daxili İşlər Nazirliyi zəruri araşdırma aparacaq".
Deputat bildirib ki, polis də insandır, o da səhv edə bilər.