23 İyun 2023 12:37
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızıl mədəni də Amerikanındır, FETÖ də Amerikada oturub. Söyüdlüdə camaatı küçəyə çıxaran da, polisə qaz sıxdıran da eyni əldir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Aqil Abbas deyib.

O qey edib ki, FETO-çülər meydan sulayır: “Media adamıyam, mən media adına danışıram. Media da FETÖ-çülərin əlindən qan ağlayır. İki Rusiya vətəndaşını Söyüdlüyə göndərən əli tapmaq lazımdır”.

Deputat Gədəbəy İcra Hakimiyyətinin başçısı və bələdiyyə sədrini də tənqid edib: “Onlar niyə hiss etməyib ki, Gədəbəydə belə təxribat hazırlanır?! Niyə gedib vətəndaşlarla işləməyiblər? Necə olur ki, iki nəfər Rusiyadan gəlib o aksiyanı planlaşdırıb? İcra Hakimiyyətinin işçiləri hara baxırdı?! Hazırda Azərbaycanda polisi nüfuzdan salmağa çalışırlar. Bu, yolverilməzdir. Polis ölkənin onurğa sütunudur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər