14 İyul 2023 21:12
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədidə ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə, rayonun Hacıbədəlli və Pərioğullar kəndlərinin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Ərazinin zibillənməsi halları ilə bağlı keçirilən digər təbirlərlə səkkiz nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Son altı ay ərzində rayon ərazisində bu istiqamətdə keçirilən təd


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər